AFFA bu layihədə
UEFA hakim qərarlarının daha vahid və şəffaf şəkildə tətbiq edilməsi məqsədilə yeni “Clear Line” platformasını istifadəyə verib.
Sportify.az xəbər verir ki, layihəni dəstəkləyən 55 milli assosiasiya arasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da yer alıb. Platforma həm milli, həm də klub səviyyəsində hakim qərarları və VAR müdaxilələri ilə bağlı vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.
“Clear Line”ın əsas məqsədi VAR-ın hansı hallarda müdaxilə etməli olduğunu daha aydın müəyyənləşdirmək və müxtəlif yarışlarda eyni meyarların tətbiqinə nail olmaqdır. UEFA hakimlik rəhbəri Roberto Rosetti də VAR-ın yalnız aydın və aşkar səhvlər zamanı oyuna müdaxilə etməli olduğunu vurğulayıb.
Platforma yalnız hakimlər üçün nəzərdə tutulmayıb. Layihə futbolçuların, məşqçilərin, jurnalistlərin və azarkeşlərin də hakim və VAR qərarlarını daha yaxşı anlamasına kömək etməyi hədəfləyir.
“Clear Line”da hakimlik və VAR-la bağlı 150-dən çox epizod üzrə izahlar təqdim olunur. UEFA bu materialları vahid qərarvermə meyarlarının formalaşdırılması üçün etalon baza kimi təqdim edir. Layihənin gələcəkdə yeni epizod və izahlarla yenilənəcəyi də bildirilir.



No Comment! Be the first one.