Azərbaycan paracüdoçusu fəxri kürsüdə
Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start verilib.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Saleh Sultanov (J1, 81 kq) turnirdə uğurlu çıxış edərək fəxri kürsüyə yüksəlib.
İdmançımız 1/4 final mərhələsində fransalı Cyril Jonard-a məğlub olub. Daha sonra təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Zhuzhgovu məğlub edən Sultanov bürünc medal uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi Mishiko Shiobrishvili üzərində qələbə qazanıb.
Beləliklə, Saleh Sultanov paracüdo üzrə Avropa çempionatının bürünc medalına sahib olub.



No Comment! Be the first one.