Bu klublar Erlinq Holand üçün mübarizəyə qoşulur
Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holandın transferi üçün mübarizəyə qoşulmağa hazırlaşır.
Sportify.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Daha əvvəl İspaniyanın “Real Madrid” və “Barselona” klublarının da 26 yaşlı futbolçunun xidmətində maraqlı olduğu bildirilmişdi. İspaniya nəhənglərinin “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı iş üzrə yaranmış vəziyyətdən sonra transfer məsələsində fəallaşdığı qeyd olunur.
Sözügedən iş üzrə müstəqil komissiya sentyabrın 29-da “Mançester Siti”ni 115 ittihamdan 114-ü üzrə təqsirli bilib. Klubun qərardan apellyasiya şikayəti verməsi üçün oktyabrın 2-dək vaxtı var. Mümkün sanksiyalar arasında komandanın Premyer Liqadan kənarlaşdırılması da göstərilir. Bu isə klubun aparıcı futbolçularının komandadan ayrılması ehtimalını gündəmə gətirib.
Qeyd edək ki, “Mançester Siti” cari mövsümdə Premyer Liqada keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb və 15 xalla turnir cədvəlinə başçılıq edir. Erlinq Holand isə 5 qolla çempionatın bombardirlər yarışında liderdir.



No Comment! Be the first one.