Daha bir nüfuzlu idman tədbiri Bakıda
Avropa Gimnastikasının 32-ci Konqresi 2027-ci ildə Bakıda keçiriləcək.
Sportify.az xəbər verir ki, rəsmi imzalanma mərasimi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən idman gimnastikası üzrə Avropa çempionatı zamanı gerçəkləşib.
Müqavilə Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə tərəfindən imzalanıb.
Bununla da 10-11 dekabr 2027-ci il tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək 32-ci Avropa Gimnastikasının Konqresinin təşkili rəsmiləşdirilib.
Konqres çərçivəsində Avropa Gimnastikasına üzv 50 federasiyanın nümayəndələri bir araya gələcək. Tədbirdə gimnastikanın gələcəyi və inkişaf istiqamətləri, eləcə də təşkilati məsələlərlə bağlı mühüm qərarlar müzakirə olunacaq.



No Comment! Be the first one.