Hindistanlı qrossmeyster Qukeş Dommaracu ilə Özbəkistan təmsilçisi Javohir Sindarov arasında şahmat tacı uğrunda matçın ikinci partiyası heç-heçə ilə yekunlaşıb.
Sportify.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdən sonra ümumi hesab 1:1-dir.
Tərəflər arasında ikinci partiyada heç-heçə 20-ci gedişdə gedişlərin üç dəfə təkrarlanması nəticəsində qeydə alınıb.
Reqlamentə əsasən, şahmatçılar klassik şahmat üzrə maksimum 14 partiya keçirəcəklər. İlk 40 gediş üçün hər oyunçuya 120 dəqiqə, sonrakı gedişlər üçün isə 30 dəqiqə vaxt ayrılır. 41-ci gedişdən başlayaraq hər gedişə əlavə 30 saniyə verilir.
14 partiyadan sonra hesab bərabər olarsa, qalib tay-brekdə sürətli şahmat partiyaları ilə müəyyənləşəcək. Dünya çempionu olmaq üçün şahmatçılardan biri 7,5 xal toplamalıdır.
Növbəti partiya noyabrın 26-da Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.



No Comment! Be the first one.