Dünya çempionatı: Cüdoçularımızın medal sayı 7-yə yüksəldi - YENİLƏNDİ
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycan millisinin 4 üzvü mübarizə aparacaq.
Sportify.az xəbər verir ki, qadınların 78 kq-dan yuxarı çəki dərəcəsində 1, kişilərin 100 kq-dan yuxarı çəki dərəcələrində 3 idmançı çıxış edəcək.
Son qadın güləşçi Madina Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.
Kişilərin mübarizəsində Camal Qamzatxanov 1/32 finalda Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.
Uşangi Kokauri və Kənan Nəsibov isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.
Dünya çempionatı
10 oktyabr
Qadınlar
+78 kq
1|16 final. Madina Kaisinova – Asya Tavano (İtaliya)
Kişilər
1/32 final
Camal Qamzatxanov – Fransisko Solis (Çili)
1/16 final
Uşangi Kokauri – Emirxan Joldoşkazıyev (Qırğızıstan)
Kənan Nəsibov – Losseni Kone (Almaniya)
Camal Qamzatxanov – Mikita Svirid (Xorvatiya)
1/8 final
Camal Qamzatxanov – Muzaffarbek Turoboyev (Özbəkistan)
Uşangi Kokauri – Yakub Sordil (Polşa)
Kənan Nəsibov – Yakiv Xammo (Ukrayna)
1/4 final
Camal Qamzatxanov – Yur Spiykers (Niderland)
Uşangi Kokauri – Kənan Nəsibov
1/2 final
Camal Qamzatxanov – İnal Tasoyev (Rusiya)
Uşangi Kokauri – Martti Puumalaynen (Finlandiya)
Bürünc medal görüşü
Təsnifat mərhələsi saat 11:30-da start götürüb, final bloku isə saat 18:00-da başlayacaq.
Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanır.
Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.



No Comment! Be the first one.