Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il Şahmat n ilk günündə Özbəkistanın Səmərqənd şəhərində iştirakçı komandaların yerləşdirilməsi ilə bağlı yaranan problemlərə münasibət bildirib.
Sportify.az xəbər verir ki, qurumun açıqlamasında yerləşdirmənin təşkili zamanı yaranan çatışmazlıqlar səbəbindən bəzi komandaların lazımi yaşayış şəraiti ilə təmin olunmadığı qeyd edilib.
Bu səbəbdən həmin komandalar şəhərdə öz hesablarına otaq kirayələmək məcburiyyətində qalıblar.
FIDE yaranmış təşkilati problemlərdən təəssüfləndiyini və bundan zərər çəkən federasiyalar və komandalar qarşısında üzr istədiyini bildirib.
“Çatışmazlıqlar təşkilat komitəsi səviyyəsində yaranıb. Bununla belə, FIDE-nin prioriteti heç bir federasiyanın maliyyə itkisinə məruz qalmamasını təmin etməkdir. Əsas məqsədimiz dəyişməz olaraq qalır: Şahmat Olimpiadasında iştirak edən hər bir federasiya üçün müəyyən edilmiş ədalətli şərtlərin təmin olunması”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 16-dan 27-dək Səmərqənddə keçirilir.



No Comment! Be the first one.