Azərbaycanın şahmat üzrə milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət yığma ilk turda Mərakeş seçməsi ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edib.
Azərbaycan millisinin heyətində Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli və Rauf Məmmədov müvafiq rəqibləri üzərində qələbə qazanıblar.
Qadınlardan ibarət Azərbaycan millisi də turnirə uğurlu start verib. Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Günay Məmmədzadə partiyalarını qələbə ilə başa vurublar.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə keçirilir və ümumilikdə 11 turdan ibarətdir. Yarış sentyabrın 27-də başa çatacaq.
Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı mübarizə aparır.



No Comment! Be the first one.