Formula 1 üzrə yeni və ən gənc dünya çempionu!
“Mercedes” komandasının 20 yaşlı italiyalı pilotu Andrea Kimi Antonelli 2026-cı il mövsümünün başa çatmasına 4 mərhələ qalmış Formula 1 üzrə dünya çempionluğunu təmin edib.
Sportify.az xəbər verir ki, Antonelli Meksika Qran Prisində üçüncü yeri tutaraq mövsümün ümumi sıralamasında çempionluğu vaxtından əvvəl rəsmiləşdirib.
Meksikadakı yarışın qalibi “Red Bull”un pilotu Maks Ferstappen olub. “Ferrari”nin sürücüsü, 7 qat dünya çempionu Lüis Hemilton finişə ikinci çatıb.
Qeyd edək ki, Meksika Qran Prisindən əvvəl Andrea Kimi Antonelli ən yaxın izləyicisi, komanda yoldaşı Corc Rasseli 123 xal qabaqlayırdı. İtaliyalı pilotun çempionluğu təmin etməsi üçün ilk 9-luqda yer alması kifayət idi.
Antonelli Formula 1-də debütünü 2025-ci ildə “Mercedes”in heyətində edib. İlk mövsümündə 150 xal toplayan pilot fərdi sıralamada 7-ci yeri tutub.



No Comment! Be the first one.