İsrailli futbolçu “tüfənglə atəş açdı”, qırmızı vərəqə aldı - VİDEO
İsrail millisinin futbolçusu Səid Əbu Fərçi Avstriya ilə UEFA Millətlər Liqası matçında qeyri-adi səbəbdən qırmızı vərəqə alıb.
Sportify.az xəbər verir ki, 20 yaşlı hücumçu 55-ci dəqiqədə hesabı 1:1 etdikdən sonra künc bayrağına yaxınlaşıb və onu tüfəng kimi istifadə edərək atəş açma hərəkətini imitasiya edib.
Bolqarıstanlı baş hakim Georgi Kabakov futbolçuya ikinci sarı vərəqəni göstərib və bunun ardınca Əbu Fərçi meydandan qovulub.
İsrail millisi qalan dəqiqələri azlıqda keçirib. Avstriya 90-cı dəqiqədə Filip Mvene və əlavə vaxtda Saşa Kalayciçin qolları ilə 3:1 hesablı qələbə qazanıb.
Sayed Abu Farchi of Israel celebrated like this against Austria and was sent off 😳😬 pic.twitter.com/7dwr9z2PJ8
— The Final Whistle (@Rufus_45) September 24, 2026



No Comment! Be the first one.