"Kəpəz" - "Qarabağ" matçında fantastik ab-hava - VİDEO
“Kəpəz” və “Qarabağ” arasında keçirilən Misli Premyer Liqasının XII tur matçına komandalar şəhid övladları ilə çıxıblar.
Sportify.az xəbər verir ki, qarşılaşma dolu tribunalar önündə yağışlı hava şəraitində keçirilir.
Topa ilk toxunuşu Gəncə futbolunun əfsanəsi Mehman Allahverdiyev endirib. “Kəpəz” bütün titullarını – 3 dəfə Azərbaycan çempionluğu və 4 dəfə ölkə kubokunu 66 yaşlı mütəxəssisin dövründə qazanıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir – 0:0.


No Comment! Be the first one.