“Kəpəz”in növbəti oyunlarının biletləri satışda
“Kəpəz”in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, futbol həvəskarları həm Azərbaycan Kuboku uğrunda yarışın II təsnifat mərhələsində “Baku Sportinq”, həm də Misli Premyer Liqasında X turun “İmişli”yə qarşı matçlarının biletlərini əldə edə bilərlər.
Biletlər 2, 3, 5, 10 və 20 manat dəyərindədir.
Satış iticket.az saytı vasitəsilə və Gəncə şəhər stadionunun kassalarında həyata keçirilir.
Qeyd edək ki, “Kəpəz” “Baku Sportinq”i oktyabrın 28-də, “İmişli”ni isə noyabrın 1-də qəbul edəcək.



No Comment! Be the first one.