"Kəpəz"də itki
“Kəpəz” komandası Misli Premyer Liqasında X turun “İmişli” ilə ev oyununa futbolçu itkisi ilə çıxacaq.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, yarımmüdafiəçi Azuma Abubakar zədə səbəbindən qarşıdakı görüşdə iştirak edə bilməyəcək.
Heyətdə digər zədəli və ya cəzalı futbolçu yoxdur.
“Sarı-göylər” bu gün saat 17:00-da baş tutacaq məşqlə “İmişli” ilə matçın hazırlığını yekunlaşdıracaq.
Xatırladaq ki, noyabrın 1-də Gəncə Stadionunda keçiriləcək “Kəpəz” – “İmişli” görüşü saat 17:30-da start götürəcək.



No Comment! Be the first one.