Litvalı qapıçı: Azərbaycanla oyunda hakimlərə daha çox diqqət yetirirdik
“Bu, məyusedicidir. Amma oyunun sonlarında biz hakimlərə öz hərəkətlərimizdən daha çox diqqət yetirdik. Səhvə yol verdik və oyuna köklənməli idik”.
Sportify.az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının oyununda Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olan Litva yığmasının qapıçısı Tomaş Şvedkauskas deyib.
32 yaşlı qolkiperin sözlərinə görə, Azərbaycan millisi hesabı açdıqdan sonra müdafiəyə çəkildiyini və Litvanın hücumlarda çətinlik çəkdiyini bildirib: “Qoldan sonra onlar geri çəkildilər və müdafiələrini yarmaq çətin oldu. Hücumları inkişaf etdirmək də ağır idi. Çoxlu cinah ötürmələri etdik, amma onlar qapıya çatmadı. İdeyalarımız və hücumlarda kəsərimiz çatmadı”.



No Comment! Be the first one.