Mehman Allahverdiyev “Kəpəz”in qonağı oldu
Gəncə futbolunun əfsanəsi, “Kəpəz”in bütün uğurlarında əsas pay sahibi olan, komandaya 3 dəfə Azərbaycan çempionu titulunu, 4 dəfə ölkə kubokunu qazandıran Mehman Allahverdiyev komandanın qonağı olub.
Sportify.az xəbər verir ki, veteran futbolçunu səmimi qəlbdən salamlayan “Kəpəz”in İdarə Heyətinin sədri Anar Abdullayev hazırda komandada görülən işlər, eləcə də gələcək planlar barədə məlumat verib.
A.Abdullayev daima veteran futbolçulara diqqət və qayğı göstərilməsinin vacibliyini bildirib, vaxtilə “sarı-göylər”in heyətində çıxış etmiş oyunçuların həmişə “Kəpəz”in ev matçlarına dəvət edildiyini nəzərə çatdırıb.
Öz növbəsində M.Allahverdiyev görüşə görə minnətdarlığını bildirib. Xatirələrini bölüşən veteran futbolçu hazırda “Kəpəz”in çıxışını izlədiyini söyləyib, komandaya uğurlar arzulayıb.
Sonda qonağa xatirə hədiyyəsi bağışlanılıb.







No Comment! Be the first one.