Millinin sabiq futbolçusu karyerasını bərpa etdi
Fransa millisinin sabiq futbolçusu Benua Tremulinas karyerasını bərpa edib.
Sportify.az xəbər verir ki, 40 yaşlı müdafiəçi bundan sonra Fransanın altıncı divizionunda çıxış edən “Bordo” klubunun formasını geyinəcək.
Qeyd edək ki, Tremulinas 2019-cu ildə futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.
O, peşəkar karyerası ərzində “Bordo”, Kiyev “Dinamo”su, “Sent-Etyen” və “Sevilya” klublarında çıxış edib.
O, Fransa millisinin heyətində beş oyun keçirib və bu matçlarda məhsuldar göstərici ilə yadda qalmayıb.



No Comment! Be the first one.