Minifutbol üzrə Çempionlar Liqası: Rəqiblərimiz bəlli oldu
Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək komandaların rəqibləri müəyyənləşib.
Sportify.az xəbər verir ki, “Birbaşa Bakı” E qrupunda Slovakiyanın “Real Çoholiks”, Macarıstanın “Çikaqo Bandur” və İngiltərənin “Ardeleni” komandaları ilə qarşılaşacaq.
“Aznur” F qrupunda Macarıstanın “The Private Rooftop”, Polşanın “Sokil” və İngiltərənin “Bukovina Badeuti” kollektivləri ilə mübarizə aparacaq.
“Zirə” isə G qrupunda İspaniyanın “Qrupo Roxu”, Çexiyanın “Hanspaulka” və Bosniya və Herseqovinanın “Krayina” komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunlar İspaniyada təşkil olunacaq.



No Comment! Be the first one.