Premyer Liqa: "Kəpəz"dən qələbə, "Neftçi" liderliyə yüksəldi YENİLƏNDİ
Misli Premyer Liqasında 10-cu tur davam edir.
Sportify.az xəbər verir ki, bu gün daha 2 oyun keçirilib.
Əvvəlcə, “Şamaxı” “Neftçi”ni qəbul edir. Oyun saat 15:00-da başlanıb. Şamaxı şəhər stadionunda keçirilən görüşdə “Neftçi” 3:2 hesabı ilə qələbə qazanaraq turu lider tamamlayıb. Oyunda hesabı 14-cü dəqiqədə Bakı klubundan Qustavo Klisman açıb. 10 dəqiqə sonra Abdullahi Şuaybu tarazlığı bərpa edib. İkinci hissədə daha 3 qol vurulub. Breno Almeyda 49-cu dəqiqədə fərqlənib. 64-cü dəqiqədə Ayman Bouali yenidən hesabı bərabərləşdirib – 2:2. Matçda son nöqtəni 75-ci dəqiqədə Adeleki Akinyemi qoyub.
Daha sonra isə “Kəpəz” – “İmişli” matçı keçirilib. Gəncə şəhər stadionunda təşkil olunan görüş saat 17:30-da başlanıb. “Kəpəz” Namik Ələskərovun 77-ci dəqiqədə mükəmməl zərbəsilə minimal hesablı qələbə qazanıb.
Qeyd edək ki, tura sabah “Sumqayıt” – “Şəfa” oyunu ilə yekun vurulacaq. Bunadək “Turan Tovuz” – “Sabah” (3:2), “Araz-Naxçıvan” – “Zirə” (2:2), “Qəbələ” – “Qarabağ” (0:0) matçları baş tutub.
Misli Premyer Liqası
X tur
1 noyabr (bazar)
15:00 “Şamaxı” – “Neftçi” 2:3
Qol: Abdullahi Şuaybu, 24, Ayman Bouali, 64 – Qustavo Klisman, 14, Breno Almeyda, 49, Adeleki Akinyemi, 75
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR hakimi: Kamal Umudlu
AVAR hakimi: Vüsal Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı şəhər stadionu
17:30 “Kəpəz” – “İmişli” 1:0
Qol: Namik Ələskərov, 77.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR hakimi: Rəşad Əhmədov
AVAR hakimi: Kərim Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Gəncə şəhər stadionu



No Comment! Be the first one.