"Neftçi" mövsüm finalına qələbə ilə başladı
3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən turnirin qrup mərhələsində Fransa yığması ilə qarşılaşıb. Görüş “Neftçi SOCAR”ın 17:15 hesablı qələbəsi ilə başa çatıb.
Komanda bu gün daha iki oyun keçirəcək. Azərbaycan təmsilçisi saat 14:50-də Niderland, 16:55-də isə Almaniya yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Neftçi SOCAR” ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.



No Comment! Be the first one.