Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında sensasiya baş verib.
Sportify.az-ın məlumatına görə, VI turda Argentina yığmasının 12 yaş 11 aylıq qrossmeysteri Faustino Oro klassik vaxt nəzarəti ilə keçirilən partiyada 2700-dən yuxarı reytinqə malik rəqibə qarşı karyerasının ən yaxşı nəticəsinə imza atıb.
Oro qara fiqurlarla Azərbaycanın qrossmeysteri Şəhriyar Məmmədyarovla heç-heçə edib.
2537 reytinqə malik argentinalı şahmatçı dünya reytinqində 2720 xalla 22-ci olan, vaxtilə ikinci pilləyə qədər yüksəlmiş Məmmədyarova məğlub olmayıb.
Qeyd edək ki, VI turda Məhəmməd Muradlı və Rauf Məmmədov da görüşlərini heç-heçə ilə başa vurub. Yalnız Aydın Süleymanlının qələbəsi sayəsində Azərbaycan millisi Argentinanı üstələyib – 2,5:1,5. Hazırda milli 6 oyundan 10 xalla 12-ci pillədə qərarlaşsa da, 4 – 14-cü pillələrdəki bütün komandalar da eyni xala malikdir. Özbəkistan 12 xalla 1-ci yerdə gedir. Çin və Ermənistan isə hərəyə 11 xalla 2-3-cü yerləri bölüşürlər.



No Comment! Be the first one.