Paytaxt klubunun futbolçularına avtomobillər təqdim olundu
İspaniya klubu “Real Madrid” ilə Almaniyanın BMW şirkəti arasında əməkdaşlığın dördüncü mövsümü çərçivəsində futbolçulara avtomobillər təqdim edilib.
Sportify.az xəbər verir ki, rəsmi təqdimat mərasimi klubun Valdebebas bazasında keçirilib.
“Real Madrid” La Liqanın turnir cədvəlində 12 turdan sonra 30 xalla ikinci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan (33 xal) üç xal geri qalır. Üçüncü yerdəki “Atletiko” isə 28 xalla “Real Madrid”dən iki xal geridədir.
Komanda La Liqanın 13-cü turunda doğma meydanda “Selta” ilə qarşılaşacaq. Görüş “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.



No Comment! Be the first one.