Qəbələdə mətbuat konfransı olmadı, baş məşqçilər hara danışdı?
Misli Premyer Liqasında III turun Qəbələ şəhər stadionunda keçirilmiş “Araz-Naxçıvan” – “Sabah” matçında xoşagəlməz mənzərə yaşanıb.
Sportify.az xəbər verir ki, tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmış “Sabah”ın oyunu Qəbələdə maraq doğurmayıb.
Görüşü izləyən 150 nəfərin əksəriyyəti iki klubun azarkeş qrupunun üvləri olub.
Daha bir sürpriz isə oyundan sonra mətbuat konfransında yaşanıb. Jurnalistlərin suallarını cavablandırmağa gələn baş məşqçilər Zaur İsmayılov və Valdas Dambrauskas konfrans otağında heç kimi görməyiblər. Bu, oyunda heç bir jurnalistin iştirak etməməsi ilə əlaqədar olub. Nəticədə baş məşqçilər öz klublarının mətbuat xidmətlərinə açıqlama verməklə kifayətləniblər.
Qeyd edək ki, oyun “Sabah”ın qələbəsi ilə yekunlaşıb – 1:0.



No Comment! Be the first one.