“Qarabağ” Yankoviçlə bağlı qərarını verdi - EKSKLÜZİV
“Qarabağ” Marko Yankoviçlə müqaviləni yeniləmək qərarına gəlib.
Sportify.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq monteneqrolu yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirəcək.
Klub rəhbərliyi 31 yaşlı pleymeykerə yeni müqavilə təklif edib. Tərəflər arasında danışıqlar davam edir və yeni sözləşmənin ən azı 1-2 il müddətinə bağlanması planlaşdırılır.
Yankoviçin komandada qalması Ağdam klubunun heyətin əsas hissəsini qorumaq planına da uyğun gəlir. Rəhbərliyin mövsümün sonunda müqaviləsi başa çatan futbolçularla bağlı qərarlar verdiyi və əsas oyunçuların mümkün qədər komandada saxlanılmasına çalışdığı bildirilir.
Yeni müqavilə ilə bağlı yekun razılaşmanın yaxın günlərdə əldə olunması gözlənilir.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci il iyulun 1-dən “Qarabağ”ın formasını geyinir. Monteneqro millisinin üzvü olan yarımmüdafiəçi Ağdam klubunun əsas heyətinin vacib futbolçularından biridir.



No Comment! Be the first one.