"Qızıl top": Səsvermənin nəticələri
İngiltərə millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Harri Keyn 2026-cı il “Qızıl top” mükafatı uğrunda səsvermədə 1055 xal toplayaraq qalib olub.
Sportify.az xəbər verir ki, “France Football” jurnalının açıqladığı nəticələrə əsasən, Keyn Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappedən 28 xal çox toplayıb. Mbappe 1027 xalla ikinci, İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal isə 881 xalla üçüncü olub.
“Qızıl top” səsverməsində ilk 10-luğun yekun sıralaması belədir:
- Harri Keyn (İngiltərə) — 1055 xal
- Kilian Mbappe (Fransa) — 1027 xal
- Lamin Yamal (İspaniya) — 881 xal
- Rodri (İspaniya) — 726 xal
- Lionel Messi (Argentina) — 612 xal
- Xviça Kvaratsxeliya (Gürcüstan) — 541 xal
- Usman Dembele (Fransa) — 418 xal
- Erlinq Holand (Norveç) — 378 xal
- Maykl Olise (Fransa) — 296 xal
- Fabian Ruis (İspaniya) — 201 xal



No Comment! Be the first one.