“Barselona”dan “Liverpul”a müraciət
İspaniyanın “Barselona” klubu qış transfer pəncərəsində icarə əsasında İngiltərə “Liverpul”unda çıxış edən müdafiəçi Ronald Arauxonun transferinin rəsmiləşdirilməsi ilə bağlı İngiltərə klubuna müraciət edib.
Sportify.az xəbər verir ki, Kataloniya təmsilçisi uruqvaylı futbolçunun satışından əldə olunacaq vəsaiti müdafiə xəttinin gücləndirilməsinə yönəltmək istəyir. Bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, Arauxo və “Liverpul” əməkdaşlıqdan razıdır. Müdafiəçinin icarəsi ilə bağlı ilkin razılaşmada 55 milyon avroluq satınalma maddəsi yer alıb. Mersisayd klubunda 27 yaşlı futbolçu üçün 48-54 milyon avro ödəməyin məqsədəuyğun olduğu düşünülür.
Arauxo bu mövsüm bütün turnirlərdə 13 oyunda meydana çıxıb. O, həmin görüşlərdə iki qol vurub və bir məhsuldar ötürmə edib.
Futbolçunun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, Arauxonun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.



No Comment! Be the first one.