Rəhim Həsənov FIFA referisini səhv çıxardı - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının I turundakı mübahisəli hakim qərarlarını şərh edib.
Sportify.az xəbər verir ki, əksər epizodlarda referilərin düzgün qərar verdiyini bildirən Həsənov yalnız bir məqamda yanlışlığın olduğunu açıqlayıb.
Onun fikricə, “Neftçi”nin səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 72-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Nihad Əhmədzadə rəqibin yerdə qalan oyunçuya qarşı sıxılmış yumruqla təhdidedici hərəkətə yol verib. Bu hərəkət təcavüzkar davranış kimi qiymətləndirilməli və Əhmədzadə meydançadan kənarlaşdırılmalı idi.
Qeyd edək ki, bu görüşü FIFA referisi Kamal Umudlu idarə edib.



No Comment! Be the first one.