Ronaldu üzr istədi
Посмотреть эту публикацию в Instagram
Portuqaliya millisinin kapitanı və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Norveçlə səfər oyunundan sonra davranışına görə azarkeşlərdən üzr istəyib.
Sportify.az xəbər verir ki, Ronaldu Millətlər Liqasının Norveçlə görüşündən sonra tərəfdarları salamlamamasına görə peşman olduğunu bildirib.
“Matçın sonunda istədiyim yalnız bir şey idi – hər şeyin mümkün qədər tez bizim qələbəmizlə başa çatması və məni rahat buraxmaları. Azarkeşləri salamlamağa getmədim. Bu, tamamilə mənim məsuliyyətimdə olan bir səhv idi və belə olmamalı idi.
Orada bizi dəstəkləyən portuqaliyalılardan, azarkeşlərdən, həmçinin portuqaliyalı olmayan, bəlkə də məni görmək üçün həmin yolu qət edən və məyus etdiyim insanlardan üzr istəyirəm”, – deyə Ronaldu bildirib.
Qeyd edək ki, sentyabrın 27-də keçirilmiş Norveç – Portuqaliya matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kriştianu Ronaldu görüşü ehtiyat oyunçular skamyasında keçirib və meydana çıxmayıb.
Sizə daha yaxşı xidmət göstərmək və saytımızın təcrübəsini təkmilləşdirmək üçün kukilərdən (cookies) istifadə edirik. Saytdan istifadə etməyə davam edərək kukilərin istifadəsinə razılıq verirsiniz
No Comment! Be the first one.