Ruan Renatodan yeni nailiyyət
Misli Premyer Liqasının I turu Ruan Renato üçün əlamətdar olub. Sportify.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi “Zirə”nin heyətində 100-cü çempionat matçına çıxıb. 2023-cü ildən Bakı klubunda çıxış edən cənubi amerikalı bu matçlarda 13 qola imza atıb.
Renato Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekordçu “Neftçi”də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə iki fərqli klubda “100”ü keçib.
1. Flavinyo (“Neftçi”) – 133
2. Dodo (“Qəbələ”) – 131
3. Denis Silva (“Neftçi”) – 116
4. Denis Silva (“Şamaxı”) – 113
5. Ruan Renato (“Zirə”) – 100
Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda “Qarabağ”da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin sabiq futbolçusu olub və legioner statusu daşımayıb.



No Comment! Be the first one.