“Sabahın ulduzları” Bakı Kuboku: finalçılar müəyyənləşdi
“Sabahın ulduzları” Bakı Kubokunda U-14 yaş qrupunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Sportify.az xəbər verir ki, “Qarabağ” “Ulduz”la əsas və əlavə vaxtda qolsuz heç-heçə edib. Penaltilər seriyasında isə “Qarabağ” 5:4 hesabı ilə qalib gələrək finala yüksəlib.
Digər yarımfinalda “Sabah” “Neftçi”ni 3:0 hesabı ilə məğlub edib. Qalib komandanın qollarını Rəsul Əliyev (39, 66) və Rəcəb Əzizov (79) vurublar.
U-14 YAŞ QRUPU
YARIMFİNAL
19 sentyabr 2026
”Qarabağ” – “Ulduz” 0:0 (Əlavə vaxtda 0:0, penaltilərlə 5:4).
Baş hakim: İlqar Əhmədov
Köməkçi hakimlər: Hüseyn Vəliyev, Nurlan Əhmədzadə
Dördüncü hakim: Fuad Mirzəyev
Hakim inspektor: Babək Quliyev
Oyun meneceri: Fərid Nağdaliyev
“Sabah – Neftçi” 3:0
Qollar: №11. Rəsul Əliyev (39, 66), №22. Rəcəb Əzizov (79).
Baş hakim: Samir Musayev
Köməkçi hakimlər: Rasim Axundov, Sadiq Əliyev
Dördüncü hakim: Fuad Mirzəyev
Hakim inspektor: Babək Quliyev
Oyun meneceri: Fərid Nağdaliyev.
U-15
YARIMFİNAL
“Neftçi” – EFA
“Ulduz” – “Qarabağ”
U-15 yaş qrupunda yarımfinal oyunları isə sentyabrın 20-də keçiriləcək. Bu mərhələdə “Neftçi” EFA ilə, “Ulduz” isə “Qarabağ”la qarşılaşacaq.









No Comment! Be the first one.