"Slaviya" Bakıya qələbə ilə gəlir - VİDEO
“Slaviya Praqa” Bakıda “Sabah”la keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur oyunundan əvvəl Çexiya çempionatında qələbə qazanıb.
Sportify.az xəbər verir ki, İndrjik Trpişevskinin baş məşqçi olduğu kolektiv Çexiya çempionatının X turunda “Zlin”i səfərdə 1:0 hesabı ilə məğlub edib.
Matçın taleyini 16-cı dəqiqədə Emmanuel Ayaosinin vurduğu qol həll edib. Səfərdə qazanılan bu 3 xal sayəsində Praqa təmsilçisi 10 oyundan 26 xalla liderliyini qoruyub və Azərbaycan çempionu ilə qarşılaşma öncəsi ciddi motivasiya qazanıb.
Qeyd edək ki, oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Slaviya Praqa” qarşılaşması saat 20:45-də başlanacaq.



No Comment! Be the first one.