Millimiz tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər - ŞOK!
UEFA İntizam Komitəsi Azərbaycan millisinin səfərdə Andorraya 3:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşü ilə bağlı araşdırmaya başlayıb.
Sportify.az-ın xəbərinə görə, bu barədə Sportliqa.az-a AFFA-dan məlumat verilib.
Qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub.
Lakin sonradan məlum olub ki, Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb.

AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da onun adı yer almayıb.
İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə post Facebook və Instagram hesablarından silinsə də, Threads platformasında qalıb.
Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.



No Comment! Be the first one.