Tanınmış futbolçu qadına zorakılığa görə saxlanıldı
Ukraynanın “Şaxtyor Donetsk” klubunun və Braziliya millisinin sabiq futbolçusu Jadson məişət zorakılığında şübhəli bilinərək saxlanılıb.
Sportify.az xəbər verir ki, 42 yaşlı keçmiş yarımmüdafiəçi Braziliyanın Parana ştatındakı evində mübahisə zamanı birlikdə yaşadığı qadının boğazından tutaraq onu boğmağa çalışmaqda ittiham olunur.
Hüquq-mühafizə orqanları qadının boynunda görünən xəsarət izlərini qeydə alıblar.
Zərərçəkən daha əvvəl də Jadsonun fiziki zorakılığına məruz qaldığını bildirib. Lakin həmin hallarla bağlı əvvəllər polisə müraciət etmədiyini deyib.
Keçmiş futbolçu istintaq təcridxanasına yerləşdirilib. Ona məişət zorakılığı və bədən xəsarəti yetirmə ittihamları irəli sürülüb.
Jadsonun vəkili onun müvəqqəti azadlığa buraxılması üçün vəsatət təqdim edib. Müdafiə tərəfi futbolçunun əvvəllər məhkum olunmadığını və qaçmaq riskinin olmadığını əsas gətirib.



No Comment! Be the first one.