"Turan Tovuz" və Berdıyevdən hakimə sərt etiraz - VİDEO
“Hakimdən başqa hər kəs topun qapı xəttini keçdiyini və qol olduğunu gördü”.
Sportify.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev evdə “Şamaxı” ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis ikinci hissədə yaranmış mübahisəli epizodda baş hakim Rauf Cabarovun təmiz qolu saymadığını bildirib.
Baş məşqçi oyun barədə də fikirlərini bölüşüb: “Birinci hissədə çox pis oynadıq. Bunun səbəblərini araşdıracağıq. İkinci hissənin də yaxşı alındığını deyə bilmərəm amma birinci hissəyə baxanda daha yaxşı alındı”.
Epizodun başqa rakursdan görüntüsünü paylaşan “Turan Tovuz” isə bunları yazıb: “Stadionda olan 4800 azarkeşin, ekranlar qarşısında minlərlə tamaşaçının gördüyünü baş hakim görmədi. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun epizodla bağlı şərhini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik”!



No Comment! Be the first one.