“Tvente” azarkeşləri səfər matçına buraxılmayacaq - VİDEO
Niderlandın “Tvente” klubunun azarkeşləri bu həftəsonu Eredivizinin IV turunun “Kambur”la səfər oyununda stadionda olmayacaqlar.
Sportify.az xəbər verir ki, qərara səbəb ötən həftəsonu “Feyenoord” azarkeşlərinin “Kambur”la səfər matçında pirotexniki vasitələrdən istifadə etməsidir.
Təhlükəsizlik tədbirləri olaraq, avqustun 30-da keçiriləcək “Kambur” – “Tvente” qarşılaşmasında qonaq azarkeşlər üçün nəzərdə tutulan sektor bağlanacaq. Qərarın meydan sahibi komandanın qonaq azarkeşlərin təhlükəsizliyinə zəmanət verilə bilməməsi ilə əlaqədar qəbul edildiyi bildirilib.
Qeyd edək ki, “Tvente” avqustun 27-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Qarabağ”ın qonağı olacaq.
🇳🇱🚨 Because of the pyro show by Feyenoord supporters during their away match at SC Cambuur last weekend, this Sunday’s SC Cambuur – FC Twente will be played without away fans.
The decision was made because “the safety of home fans cannot be guaranteed.”
Away section closed. ⚠️ pic.twitter.com/4kmeuuFpae
— 𝐂𝐚𝐬𝐮𝐚𝐥 𝐔𝐥𝐭𝐫𝐚 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 (@thecasualultra) August 25, 2026



No Comment! Be the first one.