Təmsilçilərimiz beynəlxalq turnirdə 6 medal qazandılar
Azərbaycan batut gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə uğurlu nəticə göstəriblər.
Azərbaycan Gimnastika Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə,3–4 oktyabr tarixlərində Riççone şəhərində təşkil olunan “5th Aere Trampoline Cup” turnirində təmsilçilərimiz sinxron və fərdi proqramlarda ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanıblar.
Sinxron proqramda 13–14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xalla qızıl medal əldə ediblər. 15–16 yaş qrupunda Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
17–21 yaş kateqoriyasında isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medal qazanıblar.
Fərdi proqramda da gimnastlarımız uğur qazanıblar. Hüseyn Abbasov 57,950, Ammar Baxşalıyev isə 53,300 xalla qızıl medala sahib çıxıb. Muhamməd Həsənli isə 49,290 xalla gümüş medal qazanıb.










No Comment! Be the first one.