Valverde: Belə oynamalı idik
İspaniya klubu “Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde PSV üzərində 5:1 hesablı qələbəni şərh edib.
Sportify.az xəbər verir ki, uruqvaylı futbolçu Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçirilən qarşılaşmanın ikinci hissəsində komandanın nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirib. Bununla yanaşı, matçın əvvəlində intensivliyin aşağı olmasını tənqid edib.
“İkinci hissə möhtəşəm idi. Biz ilk dəqiqədən məhz belə oynamalı idik. Bu turnirdə oyuna aşağı intensivliklə başlayanda bunun nəticələri özünü göstərir”, – deyə Valverde “Movistar+”a açıqlamasında bildirib.
Qeyd edək ki, noyabrın 24-də “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə Valverde ikinci hissənin əvvəlində hesabı bərabərləşdirərək “Real Madrid”in əzmkar qələbəsinin əsasını qoyub. Madrid klubu Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk 5 oyunun hamısında qalib gəlib və 15 xal toplayıb.



No Comment! Be the first one.