Vüsalə Kazımova CEV-in Tibb Nümayəndəsidir
Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova U-20 çimərlik voleybolu üzrə Avropa çempionatında CEV-in Tibb Nümayəndəsi (Medical Delegate) kimi fəaliyyət göstərir.
Sportify.az xəbər verir ki, sentyabrın 3-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən yarış Lido Riviera Spineta ərazisində təşkil olunur.
Vüsalə Kazımova çempionat zamanı idmançıların və hakimlərin tibbi təhlükəsizliyinin təmin edilməsinə, tibbi xidmətlərin təşkilinə və yarışla bağlı tibbi məsələlərin koordinasiyasına nəzarət edir.
Qeyd edək ki, U-20 çimərlik voleybolu üzrə Avropa çempionatında müxtəlif ölkələrdən olan gənc idmançılar mübarizə aparırlar.
Sizə daha yaxşı xidmət göstərmək və saytımızın təcrübəsini təkmilləşdirmək üçün kukilərdən (cookies) istifadə edirik. Saytdan istifadə etməyə davam edərək kukilərin istifadəsinə razılıq verirsiniz
No Comment! Be the first one.