Xavi Niderland millisinə baş məşqçi təyin olundu
Xavi Ernandes Niderland milli komandasının baş məşqçisi təyin olunub.
Sportify.az Niderland Futbol Federasiyasının rəsmi saytyına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə 2030-cu il dünya çempionatının sonuna qədər müqavilə bağlanılıb.
Xavi bu vəzifədə Ronald Kumanı əvəzləyib. Kuman 2023-cü ildən rəhbərlik etdiyi millidən 2026-cı il dünya çempionatından sonra ayrılıb.
Niderland yığması mundialın 1/16 finalında Mərakeşlə qarşılaşıb. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Mərakeş 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Xavi məşqçilik karyerasında daha əvvəl İspaniyanın “Barselona” və Qətərin “Əl-Sədd” klubuna rəhbərlik edib. Mütəxəssis 2010-cu ildə dünya çempionu olan İspaniya millisinin heyətində futbolçu kimi də böyük uğurlara imza atıb.
Niderland millisində yeni dövrə başlayan Xavinin əsas hədəfi 2030-cu il dünya çempionatında yüksək nəticə əldə etmək olacaq.



No Comment! Be the first one.