Yeni mövümdə hakimlərin baş kamerasından istifadə olunmayacaq
2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında hakimlərin baş kamerasından istifadə olunmayacaq.
Sportify.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bildirib.
Onun sözlərinə görə, belə bir qaydanın tətbiqinə maddi imkanlar lazımdır.
Həsənov 2026-cı il dünya çempionatında tətbiq olunmuş bu yeniliyin aparıcı liqalarda da istifadəsinin hələlik mümkün olmayacağını dilə gətirib. O bildirib ki, avrokuboklar matçlarında da belə bir qaydanın tətbiq olunacağı barədə də bildiriş gəlməyib.
Bundan başqa komitə sədri VAR-a baxıldıqdan sonra qərarın hamıya mikrofonla elan olunmayacağını da açıqlayıb



No Comment! Be the first one.