Yuri Maksimov: 2 xal itirməsəydik…
“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov evdə “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 58 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Futbolçularıma “çox sağ olun” deyirəm. Onlar yaxşı oyun ortaya qoymağa çalışdılar. Qalib gəlmək istəyirdik. Amma hardasa oyunçularımızın gücləri çatmadı.
– 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
– Düşünürəm ki, 2 xal itirməsəydik, turnir cədvəlinin yenə sonuncu pilləsində qərarlaşmazdıq. 3 xal götürsəydik, daha yaxşı olardı. Oynamağa və inkişaf etməyə davam edəcəyik. Ona görə də qorxulu bir şey yoxdur.
– Futbolçularınız epizodları qaçırırdı. Məsuliyyət çatmır?
– Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün futbolçular həyəcan keçirirlər. Yuxarı pillələrdə olsaydıq, bəlkə də daha yaxşı oyun göstərə bilərdik.



No Comment! Be the first one.