Anna Yusifova: “Qələbə Qaçışı”nı Bakı marafonundan daha çox sevirəm
Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə təşki olunan “Qələbə Yarışı”nın bu il 6-cı dəfə təşkil olunub.
Sportify.az xəbər verir ki, 10 km-lik yarışın bu ilki qalibi olan Anna Yusifova yarışla bağlı fikirlərini bölüşüb:
– Bu gün birinci olmuşam. Çox gözəl yarış idi. Mən Zəfər qaçışını çox sevirəm və hər il iştirak etməyə çalışıram. Çünki bu yarış xalqımızın ruhunu yüksəldir. Düşünürəm ki, çox mühüm və böyük əhəmiyyət daşıyan yarışdır. Hətta deyərdim ki, bu yarışda iştirak etməyi Bakı marafonundan daha çox sevirəm. Bu il yarış xüsusilə möhtəşəm keçdi. Marşrut boyunca yaradılan dəstək zonaları, iştirakçılara göstərilən diqqət və dəstək bizi çox ruhlandırdı. Bütün bunlar çox xoşuma gəldi. Demək olar ki, 2023-cü ildən hər il bu yarışda iştirak etmişəm və indiyədək hər dəfə birinci yeri tutmuşam.
– Ötən illərlə müqayisədə bu il yarışda rekord sayda iştirakçı qeydə alındı. Bu, sizə yarışda çətinlik yaratdı?
– Bu, çox sevindirici haldır. İldən-ilə insanların belə yarışlara marağının artdığını, daha çox iştirakçının qoşulduğunu görürəm. Düşünürəm ki, belə yarışların təşkil olunması çox yaxşıdır. İnsanların idmana marağının artması olduqca müsbət haldır.
Bahar Rüstəm



No Comment! Be the first one.