Fərid Qayıbov: “Qələbə qaçışı”nda qadın iştirakçıların sayının artması bizi sevindirir
Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə təşki olunan “Qələbə Yarışı”nın bu il 6-cı dəfə təşkil olunub.
Sportify.az xəbər verir ki, yarışda iştirak edən Gənclər və İdman naziri Fərid Qayıbov fikirlərini bölüşüb:
“Bir neçə gündən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfəri qeyd edəcəyik. Bu tarixi qələbəyə həsr olunan “Qələbə qaçışı”nı artıq altıncı dəfədir keçiririk. Əlverişli hava şəraiti və iştirakçıların yüksək əhvali-ruhiyyəsi bizi sevindirir. Bu il yarışda 2000-dən çox iştirakçı var. Qadınların sayının artması da bizi məmnun edir. Ölkəmizdə il ərzində müxtəlif məsafələrə, o cümlədən üç və beş kilometrlik qaçış yarışları keçirilir. Hər il yarımarafon da təşkil olunur. Artıq bu il həmin yarış tam marafon formatına keçirilib. Belə tədbirlər idmançıların daha böyük yarışlara hazırlaşması üçün mühüm stimul rolunu oynayır. Bütün iştirakçıları, xüsusilə finiş xəttinə çatanları təbrik edirəm”.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il təşkil edilir.



No Comment! Be the first one.