David Qordo: Bu turniri futbolçularımız bütün həyatları boyu xatırlayacaqlar
FİFA U-15 dünya çempionatı və festivalının finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, İspaniyanın U-15 millisinin baş məşqçisi David Qordo matçdan sonra fikirlərini bölüşüb:
“Çox xoşbəxtəm və məmnunam. Qarşımıza qoyduğumuz məqsədlərə çatdığımızı və bu oyunçulara bütün həyatları boyu xatırlayacaqları qədər gözəl bir təcrübə yaşatdığımızı düşünürəm.
Onlar gələcəkdə Dünya Kubokunun və ya Olimpiya Oyunlarının çempionu olsalar belə, bu turniri həmişə xatırlayacaqlar. Hesab edirəm ki, FIFA bu formatı və turniri dəstəkləməlidir. Çünki dünyanın hər yerindən olan futbolçularla belə təcrübələr yaşamaq əvəzsizdir.
Komandamızın gücü bu oyunçuların peşəkar futbolçu olmaq ümididir. İspaniyada aşağı yaş qruplarında çalışan bütün məşqçilərin gördüyü iş yüksək səviyyədədir. Futbolçular milli komandaya qoşulanda artıq çox yüksək hazırlıq səviyyəsində olurlar. Bu da milli komanda məşqçiləri olaraq bizim işimizi xeyli asanlaşdırır”.



No Comment! Be the first one.