"Everton" onu əsas heyətdən uzaqlaşdırdı SƏBƏB
İngiltərənin “Everton” klubunun yarımmüdafiəçisi Cek Qriliş alkoqolla bağlı problemlərə görə müvəqqəti olaraq əsas komandanın məşqlərindən kənarlaşdırılıb.
Sportify.az xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı futbolçu növbəti dəfə gecə əyləncəsində iştirak edərək spirtli içki qəbul edib. Bundan sonra məşqçilər korpusunun icazəsi olmadan komandanın planlaşdırılmış məşqinə qatılmayıb.
Hadisədən sonra “Everton” rəhbərliyi və baş məşqçi Devid Moyes futbolçunu “Nyukasl Yunayted”lə kubok matçının heyətindən kənarda saxlamaq qərarına gəlib. Həmin qarşılaşmada Mersisayd təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Cek Qriliş yay transfer pəncərəsinin son günündə “Mançester Siti”dən icarə əsasında “Everton”a keçib. İngiltərəli futbolçu ötən mövsümü də bu klubda icarə əsasında keçirib.



No Comment! Be the first one.