Kimmix: "Bu heç-heçəni ədalətli saymıram"
Almaniya “Bavariya”sının yarımmüdafiəçisi və kapitanı Yoşua Kimmix Almaniya çempionatının 8-ci turunda Dortmund “Borussiya”sı ilə 2:2 hesablı heç-heçəni şərh edib.
Sportify.az xəbər verir ki, futbolçu nəticəni ədalətli saymayıb.
“Deyəsən, bu, mövsümdə üçüncü heç-heçəmizdir. Bugünkü oyunun belə başa çatacağını düşünmürdüm. Xüsusilə ikinci hissədəki oyuna nəzər saldıqda, bu heç-heçəni ədalətli saymıram. Amma futbolda belə hallar baş verir. “Borussiya” mübarizəni dayandırmadı və son fitə qədər oyunda qaldı. Nəticədə qazandığımız bir xalla kifayətlənməliyik. Halbuki mütləq qalib gəlməli idik” – deyə Kimmix bildirib.



No Comment! Be the first one.