PFL prezidenti “Neftçi”nin legionerini mükafatlandırdı
Peşəkar Futbol Liqası (PFL) sentyabr ayının ən yaxşı qolunun müəllifini mükafatlandırıb.
Sportify.az xəbər verir ki, mükafatlandırma mərasimi Misli Premyer Liqasında X turun “Şamaxı” – “Neftçi” matçından əvvəl baş tutub.
Ən yaxşı qolun müəllifi seçilən Qustavo Klismana müksfatatı PFL prezidenti Elxan Səmədov təqdim edib.
Klisman V turun 11 sentyabrda keçirilmiş “İmişli” ilə səfər matçının 80-ci dəqiqəsində qələbə topunun müəllifi olub – 3:2.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçirilən oyun saat 15:00-da başlayıb.



No Comment! Be the first one.