Messi 1000 qol hədəfi qoymadığını açıqladı
Amerikanın “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi karyerasında vurduğu qolların sayını 1000-ə çatdırmağı qarşısına məqsəd qoymadığını bildirib.
Sportify.az xəbər verir ki, səkkizqat “Qızıl top” mükafatçısı bu cür rekordların onun üçün əsas əhəmiyyət daşımadığını vurğulayıb.
“Mən heç bir rekordun arxasınca qaçmıram. Həmişə demişəm ki, əslində belə rekordlar məni maraqlandırmır. Sadəcə futboldan zövq almaq və oyunların dadını çıxarmaq istəyirəm” – deyə Messidən “Som I Serem FCB”nin X sosial şəbəkəsindəki paylaşımında sitat gətirilib.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı futbolçunun karyerasında 937 qol var.



No Comment! Be the first one.