Bakıdakı dünya çempionatında üç yenilik sınaqdan keçirildi
FIFA Bakıda 15 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatı və festivalında futbol qaydalarının təkmilləşdirilməsi məqsədilə üç yenilik sınaqdan keçirilib.
Sportify.az xəbər verir ki, sınaqdan keçirilən yeniliklər daha çox oyun vaxtı, daha az fasilə və bütün futbolçuların oyunda iştirak imkanlarının artırılmasına hesablanıb.
Yeni qaydalara əsasən:
-
Limitsiz əvəzetmə: komandalar oyun ərzində istənilən sayda futbolçu dəyişikliyi edə bilərlər.
-
Aut əvəzinə ayaqla oyuna daxil etmə: top yan xətdən çıxdıqda oyun əllə atışla deyil, ayaqla zərbə ilə bərpa olunur.
-
Ofsayd qaydasında dəyişiklik: ofsayd yalnız qapı xəttindən 14 metr məsafədə işarələnmiş xətdən irəlidə tətbiq olunur.
FIFA-nın Qlobal Futbol İnkişafı şöbəsinin rəhbəri Arsen Venger yeniliklərin məqsədini gənc futbolçuların daha çox oynaması ilə əlaqələndirib: “Bu yaşda ən vacib məsələ oynamaqdır”.



No Comment! Be the first one.