Əliyar Ağayev və Elçin Məsiyev Belçika klublarının oyunlarında
Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev Avropa Liqasının əsas mərhələsinin IV tur oyunlarına təyinat alıb.
Sportify.az xəbər verir ki, hər iki baş hakim Belçika klublarının iştirakı ilə keçiriləcək matçları idarə edəcək.
Ağayev “Yunion”un İspaniyada “Selta Viqo”, Məsiyev isə “Anderlext”in evdə Avstriya “Zaltsburq”u ilə görüşlərində əsas söz sahibi olacaq.
Qarşılaşmalar noyabrın 4-də gerçəkləşəcək.
Avropa Liqası
Əsas mərhələ, IV tur
4 noyabr
21:45. “Anderlext” (Belçika) – “Zaltsburq” (Avstriya)
Baş hakim: Elçin Məsiyev
Yan xətt hakimləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Cavid Cəlilov (hamısı Azərbaycan)
VAR: Maykl Salisberi (İngilltərə)
VAR hakiminin köməkçisi: Nicat İsmayıllı (Azərbaycan)
Hakim-inspektor: Stefan Yohannesson (İsveç)
UEFA nümayəndəsi: Kimmo Lipponen (Finlandiya)
Brüssel, “Lotto Park” stadionu

00:00. “Selta Viqo” (İspaniya) – “Yunion” (Belçika)
Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zynalov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabarov (hamısı Azərbaycan)
VAR: Manuel Şüttenqruber (Avstriya)
VAR hakiminin köməkçisi: İnqilab Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Xristos Nikolaides (Kipr)
UEFA nümayəndəsi: Patrisiya Frize (Almaniya)
Viqo, “Balaidos” stadionu.




No Comment! Be the first one.