35-ci dəfə ölkə çempionu oldular
“Kolo-Kolo” klubu Çili futbol çempionatının qalibi adını vaxtından əvvəl təmin edib.
Sportify.az xəbər verir ki, komanda 27-ci turun səfər oyununda “Nyublense”yə 2:1 hesabı ilə qalib gələrək mövsümün başa çatmasına üç tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bu, klubun tarixində 35-ci çempionluqdur. Komanda sonuncu dəfə 2024-cü ildə ölkə çempionu olmuşdu.



No Comment! Be the first one.